Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
İstehsalat xəttinin fasiləsiz və düzgün fəaliyyətini təmin etmək;
İstehsalat avadanlıqlarını təlimata uyğun idarə etmək;
İstehsal prosesini və avadanlıqların iş rejimini nəzarətdə saxlamaq;
Hazır məhsulun keyfiyyətinə və istehsal standartlarına riayət etmək;
Avadanlıqlarda yaranan nasazlıqlar barədə məsul şəxsi vaxtında məlumatlandırmaq;
İş yerində təmizlik və təhlükəsizlik qaydalarına riayət etmək;
İstehsalat zamanı müəyyən edilmiş norma və prosedurlara uyğun fəaliyyət göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İstehsalat avadanlıqlarından istifadə və onların iş prinsipləri barədə ilkin bilik;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək;
Texniki təlimatları oxuma və tətbiq etmə bacarığı;
Diqqətli və məsuliyyətli yanaşma;
Komandada işləmək bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Orta və ya orta ixtisas təhsili
İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır.
İş şərtlərimiz:
İş qrafiki: Növbəli;
İş yeri: Bakı şəhəri, Məmmədli qəsəbəsi, Polietilen Fabriki.
Biz nə təklif edirik:
Rəsmi əmək müqaviləsi;
Növbəli iş qrafiki;
Nahar təminatı;
Həyat sığortası;
Təhlükəsiz və peşəkar iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsalat operatoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
