Vakansiya haqqında
Şirkətimizə Satış əməkdaşı axtarılır.Xanım və bəy namizədlər müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
Şirkətin sosial media hesablarına daxil olan zəng və mesajların cavablandırılması;
Real müştərilərin satış bazasına əlavə edilməsi və müştərilərin mütəmadi izlənilməsi;
Ofisə müraciət edən müştərilərlə satış prosesinin aparılması;
Müştərilərin tələbatının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmət barədə məlumatlandırılması;
Satış prosesinin başlanğıcdan sonadək idarə olunması.
Qeyd: Çəkilişlərdə iştirak etməyə uyğun olan xanım əməkdaşlara əlavə əməkhaqqı tətbiq olunacaq.
Namizədə tələblər:
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Yüksək ünsiyyət və müştəri ilə işləmək bacarığı;
Yüksək enerjili, aktiv və məsuliyyətli olmaq;
Azərbaycan dilində səlis danışıq;
Komandada işləmək bacarığı;
Punktuallıq və məsuliyyətlilik;
Zəngin söz bazasına və düzgün nitq qabiliyyətinə malik olmaq;
İngilis və ya rus dilini bilmək üstünlükdür.
Bəy namizədlər üçün sürücülük vəsiqəsinin olması mütləqdir.
İş şəraiti
Əməkhaqqı: 800–1000 AZN
Maaş namizədin təcrübəsi və müsahibə nəticəsinə əsasən müəyyən edilir.
İş günləri: Həftə içi 5 gün
İş saatları: 09:30-19:00
İşəgötürən: MASSI MMC
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, Blue center
CVləriniz və zəhmət olmasa 1 dəqiqəlik səs yazısı(səs tembrini öncədən anlamaq üçün) whatsappa göndərin +994 77 374 94 74 (nömrə yalnız whatsap üçündür.)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
