Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Bankın daxili qaydalarına uyğun olaraq bölmə üzrə hesabatların və Bankın səlahiyyətli şəxsləri tərəfindən tələb edilən məlumatların verilməsində iştirak edir;
Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
Bankın kredit risklərinin idarə edilməsi üzrə prosedurlarının yazılmasında və bu prosedurlara əlavə və dəyişikliklərin edilməsində iştirak edir;
Bankın kredit məhsulları üzrə prosedurlarına və şərtlərinə dair kredit riskləri nöqteyi nəzərindən təkliflərin hazırlanmasında iştirak edir;
Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyatların yaradılmasını və nəzarəti təmin edir;
Stress-testin həyata keçirilməsini təmin edir;
Tələblər:
Ali təhsil- bakalavriat
Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
Kompüter biliyi MS Excel – Orta, MS Power Point – Orta, SQL - Orta
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Həyatın yığım sığortasına qoşulmaq imkanı
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
