Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Bankın məhsul və xidmətləri üzrə rəqəmsal reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimallaşdırılması;
Rəqəmsal platformalarda reklam kampaniyalarının qurulması və gündəlik monitorinqinin aparılması;
Reklam büdcələrinin effektiv istifadəsinə nəzarət edilməsi;
Kampaniyaların nəticələrinin əsas göstəricilər üzrə təhlil edilməsi və müvafiq hesabatların hazırlanması;
Reklam nəticələrinə əsasən kampaniyaların optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Rəqəmsal kampaniyalar üçün kreativ materialların hazırlanması prosesində iştirak edilməsi və aidiyyəti komandalarla koordinasiyanın təmin olunması;
Sayt və digər rəqəmsal kanallar üzrə istifadəçi davranışının və konversiyaların izlənilməsi;
Rəqəmsal marketinq sahəsində yeniliklərin, reklam alətlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi.
Yumşaq bacarıqlar
Məsuliyyət
Nizam intizam
Təşəbbüskarlıq
Aktivlik (enerji, cəldlilik)
Detallara diqqət
Etik davranış
Dürüstlük
Əməkdaşlıq
Yaradıcılıq
Digər şərtlər
Ali təhsil -Bakalavriat
Minimum 1–3 il uyğun iş təcrübəsi
Komputer bilikləri - MS Ofis Orta
Texniki biliklər
Meta Ads Manager ilə işləmək bacarığı;
Google Ads platforması üzrə praktiki bilik;
Google Analytics 4 (GA4) üzrə bilik və analitik hesabatlarla işləmək bacarığı;
Google Tag Manager və reklam izləmə mexanizmləri haqqında ümumi bilik;
Looker Studio və mobil tətbiq analitikası alətləri üzrə bilik üstünlük hesab olunur.
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
