Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Bank of Baku

Sahə monitorinqi bölməsinin aparıcı eksperti

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Mikro, Korporativ və KOS portfeli üzrə mütəmadi monitorinqlər aparır, müştərinin maliyyə təhlili və nəzarət səfərlərinin aparılmasını həyata keçirir; Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə edir; Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət eedir; Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək; Kredit portfelinin keyfiyyətinə nəzarət edir; Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr verir; Tələblər: Ali təhsil- bakalavriat İş təcrübəsi- sahə üzrə 2-3 il Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta Kompüter biliyi SQL- arzuolunandır Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Həyatın yığım sığortasına qoşulmaq imkanı. Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.