Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Audit planına uyğun audit yoxlamalarının aparılması;
Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi;
Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi;
Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası;
Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması;
Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya;
Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi;
Müsahibələrin və yekun müzakirələrin təşkili;
Audit hesabatlarının hazırlanması;
Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması.
Tələblər:
Ali təhsil- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə
Sahə üzrə təcrübə - 2-3 il
Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
Texniki səriştəliklər
Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür;
Risk əsaslı audit yanaşmasının tətbiqi
Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi
Audit testlərinin hazırlanması və icrası;
Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili;
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Həyatın yığım sığortasına qoşulmaq imkanı
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
