Vakansiya haqqında
Əsas Öhdəliklər
REGNA POWER SUPPLY portfelinə daxil olan elektrik avadanlıqlarının (kabellər, transformatorlar, güc mənbələri / UPS, generatorlar, paylayıcı panellər, avtomatika və sənaye təchizatı) satışı və layihələndirmə təchizatını idarə etmək.
Potensial B2B müştərilərini (tikinti və podratçı şirkətlər, sənaye müəssisələri, energetika və infrastruktura layihələri) aşkar etmək və yeni tərəfdaşlıqlar qurmaq.
Müştərilərin texniki tələbatlarını analiz edərək uyğun kommersiya və texniki təkliflər (KP) hazırlamaq və təqdim etmək.
Kommersiya danışıqları aparmaq, müqavilələr bağlamaq və ödəniş proseslərinə nəzarət etmək.
Bazar tələbatını və rəqiblərin fəaliyyətini izləmək, yeni məhsul xətlərinin irəlilədilməsində iştirak etmək.
Satış planlarının yerinə yetirilməsi və rəhbərliyə dövri hesabatların təqdim olunması.
Namizədə Olan Tələblər
Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi, Energetika, Avtomatlaşdırma və ya Biznes/İqtisadiyyat sahələri üstünlükdür).
Təcrübə: B2B satışı, elektrik avadanlıqları və ya güc sistemlərinin təchizatı sahəsində ən azı 1–3 il iş təcrübəsi.
Biliklər: Elektrik və enerji təchizatı avadanlıqları üzrə baza texniki biliklər.
Dil bilikləri: Azərbaycan dili (səlis); Rus və ya İngilis dili bilikləri arzuolunandır.
Kompüter bilikləri: MS Office (xüsusilə Excel), 1C / CRM proqramları ilə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər: Yüksək danışıqlar aparmaq bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyə yönümlülük.
Şirkətin Təklifləri
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi rəsmiləşdirmə.
1000 AZN sabit əməkhaqqı və rəqabətədavamlı satış bonusları.
Elverişli və rahat lokasiya (Ulduz m/s-nin çıxışında yerləşən RST Biznes Mərkəzi).
Energetika və təchizat sahəsində peşəkar komanda ilə işləmək və karyera inkişafı imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndər bilər və ya mövzu hissəsində "Satış Mütəxəssisi – REGNA POWER SUPPLY" qeyd etməklə info@regna.az və ya hr@regnapowersupply.az elektron ünvanlarına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
