Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Zeytun Pharmaceuticals

1C Proqramlaşdırma üzrə Mütəxəssis (Şirvan)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Apteklərdə yaranan texniki və 1C proqramı ilə bağlı problemlərin operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması; Anbarda istifadə olunan bütün İT avadanlıqlarına texniki xidmət göstərilməsi; 1C sistemi üzrə texniki tapşırıqların hazırlanması və proqramlaşdırma işlərinin həyata keçirilməsi; Məlumat sistemlərinin yenilənməsi, təmizlənməsi, test edilməsi və yoxlanılması; Məlumat bazalarının (DB) və serverlərin işlək vəziyyətinin yoxlanılması; Məlumat bazalarının siyahısının və konfiqurasiya məlumatlarının aparılması; Sistem parametrlərinin tənzimlənməsi; Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yoxlanılması; Ofislər və struktur bölmələr arasında məlumatların ötürülməsinin təmin edilməsi; Sistemlər arasında sənədlərin və məlumatların ötürülməsi; İstifadəçilərə 1C və digər İT sistemləri üzrə texniki dəstək və konsultasiya göstərilməsi; 1C proqramında uçotun aparılması; Standart və qeyri-standart sorğuların cavablandırılması; Analitik sorğuların hazırlanması və cavablandırılması; Cavabdeh olduğu iş sahələri üzrə hesabatların hazırlanması; İT sistemləri və avadanlıqlar üzrə yaranan nasazlıqların araşdırılması və həll edilməsi; Şirkətə aid məxfi məlumatların qorunması və şifrələrin təhlükəsiz saxlanılması; Şirkətdaxili qaydalara, prosedur və təlimatlara riayət edilməsi; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi. Tələblər Ali və ya orta ixtisas təhsili; 1C proqramçısı və ya 1C üzrə mütəxəssis kimi iş təcrübəsi; 1C proqramı üzrə praktiki biliklər; Kompüter və İT sistemləri üzrə baza bilikləri; İT avadanlıqlarının texniki xidməti üzrə anlayış; Analitik düşünmə və problem həll etmə bacarığı; Məsuliyyətli və diqqətli yanaşma; İş Haqqında: 6 günlük iş rejimi Əmək haqqı: 700-800 AZN İş yeri: Şirvan şəhəri CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “1C Proqramlaşdırma üzrə Mütəxəssis – Şirvan” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.