Vakansiya haqqında
Təsvir
Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı;
Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma;
Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması;
Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi;
ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması;
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi;
Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması;
Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini);
BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik;
Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi;
Komanda idarəetməsi təcrübəsi;
Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur;
Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə;
Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi;
ERP tətbiqi layihələrində iştirak təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
