Vakansiya haqqında
Təsvir
Təşkilat daxili biznes proseslərini, mövcud rəqəmsal məhsulları və sənədləşmə/analitika/kommunikasiya axınlarını təhlil edərək avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək və optimallaşdırma həlləri təklif etmək;
Süni intellekt əsaslı chatbotlar, avtomatlaşdırılmış hesabatlar və daxili iş axınları (workflows) hazırlamaq;
Yeni AI texnologiyaları, alətləri və platformalarını araşdırmaq, test etmək və təşkilat daxilində tətbiq imkanlarını qiymətləndirmək;
Effektiv AI sorğuları (promptlar) və şablonlar tərtib etmək;
Tətbiq olunan AI modellərinin nəticələrini monitorinq etmək, dəqiqliyini və effektivliyini təhlil etmək;
Təşkilatın İT sistemlərinin, proqram təminatının dayanıqlı çalışmasını təmin etmək;
Hazırlanmış həllər üzrə daxili texniki sənədləşdirməni və hesabatlığı aparmaq;
Əməkdaşlara AI alətlərindən doğru və təhlükəsiz istifadə qaydalarını öyrətmək, texniki dəstək göstərmək.
Tələblər
İT, komputer elmləri, süni intellekt və ya əlaqəli sahədə ali təhsil;
İT sistem inzibatçılığı və ya texniki dəstək sahəsində minimum 1–2 il təcrübə;
Generative AI modelləri (ChatGPT, Claude, Gemini və s.) və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı;
OS (Windows/Linux), MS 365 / Google Workspace administrasiyası, baza skript/proqramlaşdırma (Python və s. üstünlükdür);
Məlumatların təhlili və emalı üzrə bacarıqlar;
Proqramlaşdırma, məlumat bazaları, süni intellekt texnologiyaları və sistemlərarası inteqrasiya üzrə biliklər;
Analitik təfəkkür, yeniliklərə sürətli uyğunlaşma və problemləri operativ həlletmə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Korporativ Mühit
Yığım sığortasına qoşulma imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
