Vakansiya haqqında
Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir.
Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir.
Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7
İş təcrübəsi: 5 ildən çox
Əməkhaqqı: 1000–1500 AZN
İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00
Öhdəliklər
Mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;
İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması;
Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və təhvil-təslim aktlarının hazırlanması;
ƏDV, mənfəət, gəlir, əmlak, torpaq və digər vergilər üzrə hesabatların hazırlanaraq təqdim edilməsi;
DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması;
İşçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanmasına nəzarət;
Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
Müştəri və təchizatçılarla hesablaşmalara nəzarət;
Bank ödənişlərinin və internet bankçılıq əməliyyatlarının həyata keçirilməsi;
Müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması;
İdxal əməliyyatlarının, gömrük sənədlərinin və malların maya dəyərinin uçotu;
Əsas vəsaitlərin, inventarların və materialların uçotunun aparılması;
Anbar qalıqlarına və inventarizasiya prosesinə nəzarət;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Pul vəsaitlərinin hərəkəti üzrə hesabatın hazırlanması və nəzarətdə saxlanılması;
Şirkətin gəlir və xərclərinin təhlil edilməsi;
Büdcənin və maliyyə planının hazırlanması, faktiki nəticələrin büdcə ilə müqayisəsi;
Layihələr və fəaliyyət istiqamətləri üzrə gəlirlilik və rentabellik hesablamalarının aparılması;
Məhsul və xidmətlərin maya dəyərinin hesablanması;
Şirkətin ödəniş planının və pul axınının idarə edilməsi;
Maliyyə risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim olunması;
Rəhbərlik üçün maliyyə göstəriciləri və idarəetmə hesabatlarının hazırlanması;
Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi;
Mühasibat və maliyyə proseslərinin təkmilləşdirilməsi.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Baş mühasib və ya maliyyəçi vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;
Microsoft Excel və internet bankçılıq proqramlarında işləmək bacarığı;
Maliyyə hesabatları, büdcələşdirmə və pul axınının idarə edilməsi üzrə təcrübə;
Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət;
Sənədlərlə sistemli işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;
Komandada işləmək və rəhbərliyə düzgün hesabat təqdim etmək bacarığı;
PMS sertifikatının olması üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
