Vakansiya haqqında
Təsvir
Kredit müraciətləri üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması;
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi;
Şöbənin prosedur və qaydalarının icrasının təmin edilməsi;
BOKT-nin kredit portfelinin mütəmadi təhlilinin aparılması;
Kredit riskləri üzrə əsas göstəricilərin təhlili və proqnozlaşdırılması;
Kredit riskləri üzrə hesabatların hazırlanması və müvafiq təhlillərin aparılması;
Kredit qərarlarının qəbul edilməsi prosesində risk baxımından rəy və tövsiyələrin təqdim edilməsi;
Kreditlər üzrə monitorinqin aparılması, risklərin müəyyənləşdirilməsi və müəyyən edilmiş limitlərə uyğunluğun təmin edilməsində iştirak;
Statistik və analitik modellərin hazırlanması və tətbiqi;
Borcalanların maliyyə vəziyyətinin, ödəmə qabiliyyətinin və kredit tarixçəsinin təhlili;
Kredit portfeli üzrə erkən xəbərdarlıq sistemi üzrə məlumatların toplanması və ilkin təhlili;
Problemli kreditlərin müəyyənləşdirilməsi və risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması;
Daşınar və daşınmaz əmlaklar üzrə təminat dəyərinin təhlili və qiymətləndirilməsi.
Tələblər
Ali təhsil - Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Statistika və ya əlaqəli ixtisaslar üzrə;
Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi mütləqdir;
Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Hesabatların hazırlanması və məlumatların təhlili üzrə təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
