Vakansiya haqqında
Təsvir
Kredit portfelini analiz etmək, problemli kreditləri və riskli tendensiyaları erkən mərhələdə müəyyənləşdirmək;
Müştərilərin fəaliyyət yerlərinə baxış keçirmək, kreditin təyinatı üzrə istifadəsini yoxlamaq;
Girov qoyulmuş əmlak və aktivlərin mövcudluğunu və vəziyyətini monitorinq etmək;
Monitorinq nəticələrinə dair analitik hesabatlar və rəylər hazırlayaraq aidiyyəti struktura təqdim etmək.
Tələblər
Ali təhsil - Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə;
Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi;
Kredit portfeli üzrə göstəriciləri təhlil etmək bacarığı;
MS Office, xüsusilə MS Excel proqramı üzrə sərbəst çalışma bacarığı;
Mərkəzi Bankın kreditləşmə və risk normativləri üzrə biliklər.
Analitik düşüncə, diqqətlilik, məsuliyyətlilik və məlumatlarla işləyərək hesabat hazırlamaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
