Vakansiya haqqında
Təsvir
Hazır məhsulların anbara qəbulu, düzgün yerləşdirilməsi, saxlanması, uçotu və göndərilməsi proseslərini idarə etmək;
Müxtəlif ölçü, polad markası, standart və məhsul kodlarına uyğun boruların düzgün identifikasiyasını, çeşidlənməsini və ayrı saxlanmasını təmin etmək;
Məhsulların Accepted, Hold, Rejected, Rework, Released və digər keyfiyyət statuslarına uyğun idarə olunmasına nəzarət etmək;
Heat number, batch/lot number, pipe number, material grade və digər izlənəbilənlik məlumatlarının düzgün idarə edilməsini təmin etmək;
Məhsulların MTC, inspection report, packing/loading list və digər müvafiq sənədlərlə uyğunluğuna nəzarət etmək;
Boruların təhlükəsiz saxlanmasını, daşınmasını və yüklənməsini təşkil etmək;
Müştəri sifarişlərinə uyğun məhsulların düzgün seçilməsi və yüklənməsini təmin etmək;
Faktiki anbar qalığı ilə sistem məlumatlarının uyğunluğuna nəzarət etmək və inventarizasiya proseslərini təşkil etmək;
Anbar əməkdaşlarının iş bölgüsünü və növbəli iş rejimini planlaşdırmaq.
Tələblər
Polad boru istehsalı, metallurgiya və ya oxşar istehsalat sahəsində 3–5 il iş təcrübəsi üstünlükdür;
Hazır məhsul və ya metal məhsullar anbarının idarə edilməsində rəhbər vəzifə təcrübəsi;
SAP MM/WM/EWM modulları ilə iş təcrübəsi üstünlükdür;
API 5L, API 5CT, EN, GOST/ISO və digər müvafiq standartlar barədə bilik;
Boruların texniki parametrlərini – diametr, divar qalınlığı, uzunluq, polad markası, möhkəmlik sinfi və s. – başa düşmək;
MS Excel-də Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər məlumat analizi funksiyaları ilə işləmək;
İşçi heyətinin idarə edilməsi və iş bölgüsünün planlaşdırılması üzrə təcrübə;
Kran və digər yükqaldırıcı vasitələrlə əməliyyatların təşkili və təhlükəsizlik tələbləri üzrə bilik;
Azərbaycan dili – əla; rus və ingilis dilləri – yaxşı səviyyədə;
Texniki sənədləri və standartları ingilis və/və ya rus dilində oxuma bacarığı üstünlükdür.
SAP ERP sistemində anbar və material uçotu əməliyyatları üzrə praktiki iş təcrübəsi;
Material Master, Material Number, Batch, Storage Location və Plant anlayışları üzrə bilik;
Goods Receipt (GR), Goods Issue (GI), stock transfer və transfer posting əməliyyatlarını bilmək;
Məhsulların SAP-də qəbul, yerdəyişmə, bloklama və buraxılma proseslərini idarə etmək;
Quality Inspection, Unrestricted və Blocked stock statusları ilə işləmək;
Faktiki anbar qalığı ilə SAP qalığı arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq;
SAP stok hesabatlarından istifadə etmək və anbar üzrə gündəlik, həftəlik və aylıq məlumatları hazırlamaq.
İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
