Vakansiya haqqında
Vəzifə təlimatı
Layihə çərçivəsində daxil və xaric olan bütün mühəndislik, tikinti və inzibati sənədlərin qeydiyyatını və nəzarətini həyata keçirmək;
Mühəndislik cizgilərinin, hidravlik və texnoloji sxemlərin reviziyalarını (Revision Control) izləmək, tikinti sahəsinin yalnız təsdiq olunmuş IFC (Issued for Construction) cizgiləri ilə təmin olunmasına nəzarət etmək;
Layihə iştirakçıları (Sifarişçi, Baş Podratçı və Subpodratçılar) arasında sənəd mübadiləsini idarə etmək;
Material sertifikatlarının, texniki pasportların və laboratoriya sınaq hesabatlarının vahid elektron reyestrini aparmaq;
Layihə tamamlandıqdan sonra dövlət qəbulu və təhvil-təslim üçün As-Built (İcraat) sənədlərinin toplanmasını və arxivləşdirilməsini təmin etmək;
Elektron sənəd dövriyyəsi sistemini mütəmadi olaraq yeniləmək və arxivin təhlükəsizliyini qorumaq.
Tələblər
Ali təhsil (İnşaat, mühəndislik, arxiv işi və ya biznesin idarə edilməsi sahələri üzrə üstünlükdür);
Tikinti, su kəmərləri/kanalizasiya mühəndisliyi və ya irimiqyaslı infrastruktur layihələrində Document Controller kimi ən azı 2 il iş təcrübəsi;
MS Office (xüsusilə Excel proqramında mürəkkəb cədvəllərlə işləmək bacarığı)
Azərbaycan dilində mükəmməl yazı qabiliyyəti, ingilis dili (orta-yüksək səviyyədə, layihə sənədlərini anlamaq üçün) və rus dili arzuolunandır;
Yüksək diqqətlilik, detallara önəm vermə
İş şəraiti
İş qrafiki 5 günlük 09:00-18:00
İş yeri C.Məmmədquluzadə 83
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
