Vakansiya haqqında
Təsvir
Bankın gəlir/xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması;
Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
Bankın məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;
Bankın müştəriləri (müştəri dəyəri) və məhsulları üzrə rentabelliyin ölçülməsi və performans təhlillərinin aparılması;
Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.
Tələblər
Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;
Maliyyə sektorunda (Maliyyə, Xəzinədarlıq və ya Risklərin İdarə Olunması üzrə) minimum iki il təcrübə;
Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;
Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
Yüksək təqdimat və ünsiyyət bacarığı;
Liderlik və komanda idarəetməsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
