Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Financial Chain Corporation

Operator

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İstehsalat komandasına Operator vəzifəsinə məsuliyyətli və işinə ciddi yanaşan əməkdaşlar axtarılır. Namizədə tələblər: Orta təhsil; texniki təhsil (texnikum və ya peşə məktəbi) üstünlükdür; İstehsalat sahəsində minimum 1 il iş təcrübəsi; Yaş: 18–40; İşə yararlılığı təsdiq edən tibbi arayış; İstehsalat və avadanlıqlarla işləmə sahəsində praktiki bacarıqlar. Əsas vəzifə və öhdəliklər: Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sənaye gigiyenası qaydalarına riayət etmək; İş yerində 5S standartlarına uyğun təmizlik və nizam-intizamı qorumaq; Avadanlıqlarda yaranan nasazlıqlar, istehsalat prosesindəki kənarlaşmalar və aşkar edilmiş risklər barədə rəhbərə vaxtında məlumat vermək; Əmək intizamına, iş qrafikinə və şirkətin daxili qaydalarına riayət etmək; Fərdi mühafizə vasitələrindən müəyyən edilmiş qaydalara uyğun istifadə etmək; İstehsal səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək; Qablaşdırma xətti avadanlıqlarının əsas iş prinsiplərini bilmək; İşə başlamazdan əvvəl və iş prosesində avadanlıqların vizual yoxlanışını həyata keçirmək; Öz səlahiyyətləri çərçivəsində avadanlıqların sazlanması və sərf materiallarının dəyişdirilməsində iştirak etmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.