Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 5 günlük
İş saatı: 09:00-18:00
Əsas vəzifə öhdəlikləri:
Layihələrin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
Layihə komandasının fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq;
Layihənin icra mərhələlərinə və son tarixlərə nəzarət etmək;
Müştərilər, podratçılar və digər tərəfdaşlarla koordinasiyanı həyata keçirmək;
Layihə üzrə riskləri müəyyənləşdirmək və operativ həll yolları təklif etmək;
Layihələrin gedişatı barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
Paralel layihələr üzrə prioritetləri müəyyən etmək və resursların səmərəli idarə olunmasını təmin etmək;
Vəzifə üzrə tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
PMP, PRINCE2 və ya digər beynəlxalq səviyyədə tanınan layihə idarəetmə sertifikatının olması üstünlükdür;
Forma-2, smeta/BOQ, icra aktları, texniki hesabatlar, çertyojlar və texniki spesifikasiyalarla işləmək bacarığı;
Subpodratçıların, sahə komandalarının və müxtəlif maraqlı tərəflərin koordinasiyası üzrə təcrübə;
MS Office, xüsusilə Excel, və AutoCAD proqramlarında işləmə bacarığı;
Texniki çertyojları və layihə sənədlərini oxuma bacarığı;
Smeta və büdcə ilə işləmək bacarığı;
Tikinti normaları, texniki təhlükəsizlik və SƏTƏM tələbləri barədə bilik;
Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Eyni anda bir neçə prosesi idarə edə bilmək;
Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq;
İşin tələblərinə uyğun olaraq ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
