Vakansiya haqqında
Təsvir
Daxil olan irad müraciətlərinin qəbul edilərək araşdırılması, eyni zamanda digər sualların operativ cavablandırılması;
Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması;
Bir başa rəhbərlərinin tapşırıqlarının qısa müddətdə həll edilməsi.
Tələblər
Ali təhsil;
Səlis Azərbaycan və rus dili biliyi;
Microsoft Office proqramlarında işləmə bacarığı;
1C və ERP proqramları üzrə biliklər arzuolunandır;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
Məsuliyyətlilik və inkişafa meyillilik;
Stresə davamlılıq;
Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
İş günləri: 5 iş günü, 2 gün istirahət;
İş saatı: 09:00-18:00 / 10:00-19:00.
Vakansiya növü - Tam ştat
Əmək haqqı 650 - 900 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
