Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Prudensial siyasət şöbəsinin analitiki

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti Vəzifənin funksiyaları: Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak; Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak; Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak; Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak; Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması; Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak; Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak; Kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak; Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; Kapital bazarında dəstəkləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi; Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak. Təhsil İqtisadiyyat/maliyyə - Ali təhsil Təcrübə Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 illik iş təcrübəsi ​​​​​​​Texniki biliklər Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yaxşı səviyyədə İnvestisiya fondları haqqında qanun - yaxşı səviyyədə Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə Maliyyə hesabatlılığı – yaxşı səviyyədə Ümumi iqtisadiyyat - yüksək səviyyədə ​​​​​​​Kompüter bacarığı MS Office proqramları - yaxşı səviyyədə ​​​​​​​Dil bilikləri Azərbaycan dili - yüksək səviyyədə İngilis dili – yaxşı səviyyədə ​​​​​​​Davranış kompetensiyaları Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.