Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Baku Steel Company CJSC

Gömrük əməliyyatları üzrə kiçik mütəxəssis / mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir İdxal və ixrac yüklərinə aid sənədləri gömrük rəsmiləşdirilməsindən əvvəl yoxlamaq; İnvoys, “packing list”, CMR, konosament və digər müşayiətedici sənədlər arasındakı məlumatların uyğunluğunu təmin etmək; Qısa idxal və elektron gömrük bəyannamələrinin hazırlanmasını və təqdim edilməsini təşkil etmək; Gömrük dəyərinin, gömrük ödənişlərinin və vergilərin hesablanmasında iştirak etmək; Elektron gömrük xidmətləri vasitəsilə rəsmiləşdirmə əməliyyatlarını həyata keçirmək; Gömrük orqanlarının sorğu və tələblərinin vaxtında icrasını təmin etmək; Gömrük rəsmiləşdirilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək; Yüklərin sərhəd-keçid məntəqəsindən keçidini və rəsmiləşdirilmə prosesini izləmək; Sürücülər, daşıyıcılar, gömrük nümayəndələri və aidiyyəti struktur bölmələrlə operativ əlaqə saxlamaq; Tələblər Ali təhsil: Gömrük işi, logistika, nəqliyyat, iqtisadiyyat, beynəlxalq ticarət və ya əlaqəli ixtisas üzrə təhsil üstünlükdür; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Gömrük prosedurları və idxal-ixrac əməliyyatları üzrə biliklər; Elektron gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə; İnvoys, “packing list”, CMR, konosament və digər yük sənədləri ilə işləmək bacarığı; Gömrük ödənişlərinin, vergilərin və gömrük dəyərinin hesablanması barədə biliklər; Microsoft Excel, 1C və elektron gömrük xidmətlərindən istifadə bacarığı; Azərbaycan dilini səlis, rus dilini orta və ya yaxşı səviyyədə bilmək; İngilis dilini orta səviyyədə bilmək üstünlükdür; Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativ kommunikasiya bacarığı; Gömrük işi və idxal-ixrac əməliyyatları üzrə sertifikatların olması üstünlükdür; İş prosesində gömrük məntəqələrinə və terminallara operativ səfərlər tələb olunduğundan şəxsi avtomobilinin olması üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.