Vakansiya haqqında
Əgər bilik və təcrübənizi real biznes mühitində tətbiq etmək, peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Ərzaq məhsullarının keyfiyyəti və saxlanılması üzrə normativ tələblərin tətbiqinə nəzarət etmək;
Keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və idarə etmək;
Məhsul keyfiyyəti ilə bağlı şikayətləri araşdırmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Keyfiyyət idarəetmə sisteminin daxili auditlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
Daxili prosedur, təlimat, qayda və spesifikasiyaların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, qida mühəndisliyi), Magistr dərəcəsi üstünlükdür;
Qida və laboratoriya sahəsində 5 il iş təcrübəsi;
Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
Araşdırma və analitik düşünmə qabiliyyəti;
Operativ qərarvermə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik;
Stresə davamlılıq;
Komandada işləmək və effektiv koordinasiya bacarığı;
Ünsiyyət və təqdimat bacarığı;
Peşəkar yanaşma və nəticəyönümlülük;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Keyfiyyətə nəzarət şöbəsinin baş mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
