Vakansiya haqqında
Təsvir
Mühasibat uçotu üzrə əməliyyatların qanunvericiliyə və şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək;
İlkin mühasibat sənədlərinin düzgünlüyünü və tamlığını yoxlamaq;
Mühasibat hesabları üzrə əməliyyatların uçotunu aparmaq və nəzarət etmək;
Bank və kassa əməliyyatlarının uçotunu həyata keçirmək;
Debitor və kreditor borclarına nəzarət etmək və qarşılıqlı üzləşdirmələr aparmaq;
Təchizatçılar və digər kontragentlərlə hesablaşmaları yoxlamaq;
Əsas vəsaitlərin uçotunu və amortizasiya hesablamalarını aparmaq;
Əmək haqqı və digər ödənişlərlə bağlı mühasibat əməliyyatlarının uçotunu aparmaq;
İş şəraiti:
İş qrafiki: I-V günlər, 09:00 - 18:00.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
Aparıcı mühasib və ya analoji vəzifədə iş təcrübəsi üstünlükdür;
Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı bilik;
Vergi hesablamaları və hesabatlarının hazırlanması üzrə praktiki bilik;
Bank, kassa, debitor-kreditor və əsas vəsaitlərin uçotu üzrə təcrübə;
Maliyyə hesabatlarının hazırlanması və aylıq bağlanış prosesləri üzrə təcrübə;
1C proqramında işləmək bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
Detallara diqqətli və məsuliyyətli yanaşma;
Komandada işləmək və effektiv kommunikasiya bacarığı.
Üstünlük hesab olunur:
ERP sistemləri ilə iş təcrübəsi;
IFRS üzrə bilik;
ACCA və ya digər peşəkar sertifikatların olması;
Audit proseslərində iştirak təcrübəsi;
Maliyyə hesabatlarının müstəqil hazırlanması üzrə təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
