Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Saena MMC

SMM Mütəxəssisi (Social Media Manager)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün SMM Mütəxəssisi axtarılır. Vəzifələr: Brendin sosial media hesablarının gündəlik idarə olunması; Brendin tanıdılması və inkişafı üçün yaradıcı ideyaların hazırlanması; Foto və video çəkiliş proseslərində aktiv iştirak; Sosial media üçün kreativ kontentlərin hazırlanması; Blog yazılarının hazırlanması və paylaşılması; Sosial media trendlərinin izlənilməsi və tətbiqi; Digital brendinq prosesinin idarə olunması; Reklam və digital kampaniyaların planlaşdırılması və idarə olunması; Sosial media göstəricilərinin (metric) izlənilməsi və analiz edilməsi. Namizədə tələblər: SMM sahəsində ən azı 2 il iş təcrübəsi; Güclü estetik baxış və vizual düşüncə; Foto və video çəkiliş bacarığı; Blog yazmaq və kreativ mətnlər hazırlamaq bacarığı; Sosial media platformalarının idarə olunması üzrə praktiki təcrübə; Digital brendinq və brendin onlayn idarə olunması üzrə anlayış; Sosial media metric-lərinin təhlili və nəticələrin qiymətləndirilməsi; Figma proqramı ilə işləmək bacarığı; Post, story və reels üçün kreativ ideyalar hazırlamaq bacarığı; Trendləri izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək; Yaradıcı düşüncə, operativlik və yüksək ünsiyyət bacarığı; Komandada işləmək və deadline-lara riayət etmək bacarığı. ​​​​​​​Biz təklif edirik: Əməkhaqqı: 1700 AZN +Bonus; Yaradıcı və dinamik iş mühiti; Brendin digital inkişafında aktiv iştirak etmək imkanı. Enerjili komanda ilə işləmək və öz ideyalarını həyata keçirmək istəyirsənsə —CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.