Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azersun Holding

Sahə mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Şirkət: Bazarstore MMC Tələblər İnşaat, mühəndislik və ya müvafiq texniki ixtisas üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Layihələrin planlaşdırılması, icrasına nəzarət və sənədləşdirilməsi üzrə praktiki bilik; Tikinti işlərinin keyfiyyətinə, əməyin mühafizəsi və ətraf mühitin qorunması tələblərinə nəzarət bacarığı; Layihə üzrə texniki sənədlərlə işləmək və hesabatlar hazırlamaq bacarığı; Operativ qərarvermə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; MS Office və AutoCAD proqramlarını yaxşı səviyyədə bilməli. Vəzifə öhdəlikləri Layihələr üzrə iş həcmlərini və icra müddətlərini proqnozlaşdırmaq, icra prosesinə nəzarət etmək və zəruri düzəlişlər həyata keçirmək; Layihələrin icrası ilə bağlı tələb olunan texniki və inzibati sənədləşmələri aparmaq; Sahədə görülən işlərin təsdiq edilmiş layihə, texniki tələblər və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək; Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və müəyyən edilmiş qrafikə uyğun icrasını izləmək; Layihənin icrası zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; Ətraf mühitin mühafizəsi üzrə müəyyən edilmiş tələblərin layihə ərazisində tətbiqini və icrasını izləmək; Sahədə yaranan texniki və təşkilati məsələləri müəyyənləşdirmək və onların həllində iştirak etmək; Gündəlik görülən işlərin həcmi və layihənin cari vəziyyəti barədə birbaşa rəhbərə operativ məlumat vermək; Layihə üzrə görülmüş işlərə dair hesabatların hazırlanmasını və müvafiq məlumatların sistemləşdirilməsini təmin etmək; Başa çatmış obyektlər üzrə tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək; Hazır obyektlərin komissiyaya təqdim olunması prosesində iştirak etmək və komissiyanın işini texniki baxımdan dəstəkləmək; Layihələrin yekunlaşdırılması və obyektlərin təhvil-təslim prosesində iştirak etmək. İş şəraiti İş Qrafiki: Həftə içi 5 gün İş yeri: Bakı, Bazarstore MMC-nin Baş ofis Nəqliyyat dəstəyi mövcuddur Nahar şirkət tərəfindən təmin olunur Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Sahə mühəndisi – Bazarstore MMC” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.