Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azersun Holding

Memar (Formen)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Şirkət: Al Market MMC Tələblər Memarlıq, İnşaat və ya müvafiq texniki ixtisas üzrə bakalavr ali təhsili; Təmir-tikinti və ya mağaza layihələrinin icrası üzrə iş təcrübəsi; Memarlıq layihələri, çertyojlar və texniki planların hazırlanması üzrə bilik; Təmir-tikinti işlərinin sahədə koordinasiyası və podratçıların idarə olunması bacarığı; Komanda ilə işləmək, operativ qərar qəbul etmək və texniki problemləri həll etmək bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsi. Vəzifə öhdəlikləri Yeni və yenilənən mağazaların təmir-tikinti işlərinin sahədə koordinasiyasını həyata keçirmək; Sahədə ölçü işlərini aparmaq, memarlıq layihələri, çertyojlar və texniki planlar hazırlamaq; Təmir-tikinti işlərinin təsdiq edilmiş layihə və AL Market standartlarına uyğun icrasına nəzarət etmək; Usta və podratçıların fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü təşkil etmək; Tikinti, elektrik, santexnika, havalandırma, döşəmə, tavan və digər işlərin qarşılıqlı koordinasiyasını təmin etmək; Görülən işlərin keyfiyyətinə və təsdiq edilmiş iş qrafikinə uyğun icrasına nəzarət etmək; İstifadə olunan tikinti və təmir materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq; Sahədə yaranan texniki və təşkilati problemləri operativ müəyyənləşdirmək və həll prosesini koordinasiya etmək; Mağazaların açılış tarixlərinə uyğun olaraq təmir və hazırlıq işlərinin vaxtında tamamlanmasını təmin etmək; Sahədə görülən işlərin gedişatını mütəmadi izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək; Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək və layihə sənədlərinin düzgün formalaşdırılmasını təmin etmək; Layihələrin yekun təhvil-təslim prosesində iştirak etmək və işlərin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq. İş şəraiti İş Qrafiki: Həftə içi 5 gün İş yeri: Bakı, AL Market MMC-nin Baş ofis Nəqliyyat dəstəyi mövcuddur Nahar şirkət tərəfindən təmin olunur Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Memar – AL Market MMC” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.