Vakansiya haqqında
Azərsun Holdinqə daxil olan Sun Food MMC komandamıza Merçendayzer axtarırıq!
Tələblər
Aktiv, ünsiyyətcil və operativ olmaq;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
Market və pərakəndə satış mühitində işləməyə uyğun olmaq;
Məhsulların rəfdə yerləşdirilməsi və satış nöqtələrinə nəzarət üzrə anlayışa malik olmaq;
Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri
Təyin olunmuş ərazi üzrə fəaliyyət göstərən marketlərə mütəmadi nəzarət etmək;
Tabeçiliyində olan marketlərdə şirkət məhsullarının rəflərdə davamlı və düzgün şəkildə mövcudluğunu təmin etmək;
Şirkətin tətbiq etdiyi “ÇEK LİST” kriteriyalarının icrasını təmin etmək;
İstifadə müddətinin başa çatmasına yaxınlaşan məhsulları müəyyən etmək, onların satışı ilə bağlı vaxtında məlumat vermək və zəruri tədbirlərin görülməsini təmin etmək;
Məhsulların rəf payını və yerləşdirilməsini mütəmadi yoxlamaq, aşkar olunan çatışmazlıqları aradan qaldırmaq;
Günlük və operativ satış imkanlarını müəyyən etmək və əlavə satış üçün uyğun yerlərin seçilməsini təmin etmək;
Satış nöqtələrində məhsulların mövcudluğu, yerləşdirilməsi və satış imkanları ilə bağlı müşahidələri aidiyyəti rəhbərə vaxtında təqdim etmək.
İş şərtləri:
İş qrafiki: Həftə içi 5 gün
Nahar şirkət tərəfindən təmin olunur;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Merçendayzer” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
