Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Azersun Holding

Baş Zootexnik (Biləsuvar)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifəyə tələblər: Ali təhsil; Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək; Yemlərin qida dəyərinin hesablanması və qiymətləndirilməsi (protein, enerji, mineral və vitamin balansı); Müasir yemləmə texnologiyaları üzrə biliklər (TMR, mərhələli yemləmə və s.); Heyvandarlıq binalarının texniki tələbləri və mikroiqlim normaları barədə biliklər; Sağım, yem paylama və digər mexanikləşdirilmiş avadanlıqların iş prinsiplərini bilmək; Heyvandarlıqda məhsuldarlıq göstəricilərinin hesablanması, təhlili və qiymətləndirilməsi; Uçot və hesabat proqramları, o cümlədən Excel və ferma idarəetmə proqramları ilə işləmək bacarığı; Biotəhlükəsizlik və sanitariya standartları üzrə biliklər; Zootexnika və heyvandarlığın əsasları üzrə biliklər; Heyvanların anatomiyası və fiziologiyası üzrə biliklər; Yemçilik və yem istehsalı üzrə biliklər; Seçmə və seleksiya nəzəriyyəsinin əsasları; Genetika və damazlıq işinin əsasları; Zoogigiyena və heyvan rifahı prinsipləri üzrə biliklər. Vəzifə öhdəlikləri: Heyvanların bəslənməsi, saxlanması və çoxaldılması proseslərinin təşkili və idarə edilməsi; Yem rasionlarının hazırlanması, balanslaşdırılması və onların icrasına nəzarət; Süd, ət, yumurta, yun və digər məhsuldarlıq göstəricilərinin artırılması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi; Damazlıq işlərinin təşkili, seleksiya proseslərinin aparılması və heyvanların genetik keyfiyyətinin yaxşılaşdırılması; Baytarlıq xidməti ilə əməkdaşlıq çərçivəsində xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi; Heyvanların yaş qruplarına, fizioloji vəziyyətinə və məhsuldarlıq istiqamətinə uyğun qruplaşdırılmasının təşkili; İstehsalat normativlərinə, zoogigiyenik tələblərə və heyvanların saxlanma standartlarına riayət olunmasına nəzarət; Zootexniki göstəricilər üzrə statistik uçotun aparılması, məlumatların təhlili və hesabatların hazırlanması; Zootexniklərin və ferma işçilərinin fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması, rəhbərlik və təlimatlandırmanın həyata keçirilməsi; Yeni texnologiyaların, müasir zootexniki yanaşmaların və innovativ metodların istehsalat proseslərinə tətbiqinin təmin edilməsi. İş vaxtının norması: 5 günlük iş rejimi. İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baş Zootexnik (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.