Vakansiya haqqında
NH GROUP MMC peşəkar komandamıza Təchizat üzrə mütəxəssis axtarır.
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: 5 günlük
İş saatları: 09:00–18:00
Nahar fasiləsi: 13:00–14:00
Əmək haqqı: start olaraq 1500 Azn, 3 aydan sonram bonus sistemi artım
Əsas vəzifələr
Yerli və xarici alışların həyata keçirilməsi, yeni məhsulların axtarışı, * Qənnadı məhsulları və istehsal üçün xammal materiallarının satınalma prosesinin təşkili;
Bazar araşdırmalarının aparılması və alternativ təchizatçıların müəyyənləşdirilməsi
İdxal-ixrac əməliyyatlarının koordinasiyası və həyata keçirilməsi;
Şirkətdaxili formalaşdırılmış sifarişlərin anbar ehtiyatları ilə müqayisə edilərək aidiyyəti şöbələrin zəruri məhsullarla təmin olunması;
Şirkətin satınalma siyasətinə və müəyyən edilmiş prosedurlara riayət edilməsi;
Mal, xidmət və işlər üzrə potensial təchizatçıların araşdırılması və seçilməsi;
Təchizatçılarla danışıqların aparılması, qiymət və kommersiya təkliflərinin müqayisə edilməsi;
Uyğun təchizatçılarla müqavilələrin bağlanması və təchizat şərtlərinin idarə olunması;
Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
Təchizat üzrə sənədləşmələrin düzgün və vaxtında aparılması;
Alınan malların keyfiyyətinə və uyğunluğuna nəzarət edilməsi;
Təchizat və satınalma bazarının mütəmadi araşdırılması;
e-gov.az, AQTA və gömrük sistemləri üzrə tələb olunan məlumat və sənədlərin hazırlanması və təqdim edilməsi;
İdxal prosesləri üzrə sənədləşmənin və logistika proseslərinin koordinasiyası;
Anbar, logistika, satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili;
Təchizat zəncirində yarana biləcək risk və gecikmələrin əvvəlcədən müəyyənləşdirilməsi;
Görülmüş işlər üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Rəhbərlik tərəfindən təchizat istiqamətində verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
Yaş: 25–40 yaş;
Təhsil: Ali təhsil;
İş təcrübəsi: Təchizat, satınalma, logistika və ya əlaqəli sahədə minimum 2 il;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək;
İngilis dili biliyi — B1 səviyyəsi;
MS Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;
1C ERP proqramında iş təcrübəsi;
e-gov.az, AQTA və gömrük sistemləri ilə işləmə bacarığı;
Xarici təchizat və idxal prosedurları üzrə sənədləşmə təcrübəsi;
Satınalma və təchizat proseslərini biliyi;
Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;
Analitik düşünmə və bazar araşdırması bacarığı;
Planlama və vaxtın effektiv idarə edilməsi bacarığı.
Şəxsi keyfiyyətlər
İntizamlı və punktual;
Məsuliyyətli və nəticəyönümlü;
Təşəbbüskar;
Detallara diqqətli və sistemli;
Operativ qərarvermə bacarığı;
Stress altında işləmə qabiliyyəti;
Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
