Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Fire Safety Caspian Azerbaijan

Elektrik mühəndisi (Yanğından mühafizə sistemləri üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər: Yanğından mühafizə sistemlərinin elektrik hissəsinin layihələndirilməsi, quraşdırılması, sazlanması və texniki istismarına rəhbərlik etmək; Yanğın siqnalizasiya sistemlərinin texniki həllərinin hazırlanması və icrasına nəzarət etmək; Yanğın siqnalizasiya sistemlərinin kabel xətlərinin, detektorların, əl ilə işə salma düymələrinin, sirenaların, modul və idarəetmə panellərinin düzgün qoşulmasını və iş prinsipini yoxlamaq; Yanğın sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyasını təşkil etmək: HVAC, lift, girişə nəzarət, tüstü xaricetmə, ventilyasiya, BMS və digər sistemlər; Elektrik sxemlərinin, prinsipial sxemlərin, birxətli sxemlərin və layihə çertyojlarının hazırlanması və oxunması; Layihə üzrə elektrik yüklərinin, kabel kəsiklərinin, qoruyucu aparatların və enerji təchizatı həllərinin hesablanmasını həyata keçirmək; Avadanlıq və materialların texniki spesifikasiyalarını hazırlamaq və uyğunluğunu qiymətləndirmək; Layihədə nəzərdə tutulmuş avadanlıqların texniki parametrlərinin yoxlanılması; Montaj briqadalarının işinə texniki rəhbərlik və sahədə görülən işlərə nəzarət etmək; Görülən işlərin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğunu yoxlamaq; Sistemlərin test, commissioning və sazlama işlərini həyata keçirmək; Yanğın siqnalizasiya sistemlərində yaranan texniki nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırmaq; İstismara verilmiş sistemlər üzrə texniki yoxlamaların və profilaktik xidmətlərin təşkilində iştirak etmək; İcra olunmuş işlər üzrə as-built çertyojların, test protokollarının, texniki hesabatların və digər icra sənədlərinin hazırlanmasına nəzarət etmək; Sifarişçi, layihəçi, podratçı və digər mühəndislik qrupları ilə texniki məsələlərin koordinasiyasını həyata keçirmək; Sahədə texniki problemləri müəyyən etmək, həll yolları hazırlamaq və icrasına nəzarət etmək; Elektrik və yanğından mühafizə sistemləri üzrə təhlükəsizlik qaydalarına və normativ tələblərə riayət olunmasını təmin etmək. Tələblər Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil; Elektrik və yanğından mühafizə sistemləri üzrə minimum 3 il iş təcrübəsi; Yanğın siqnalizasiya sistemlərinin quruluşu, iş prinsipi, montajı, proqramlaşdırılması və sazlanması üzrə praktiki bilik; Elektrik sxemlərini və layihə çertyojlarını sərbəst oxuma bacarığı; AutoCAD proqramında işləmə bacarığı; Elektrik avadanlıqları, kabel sistemləri, avtomatika və idarəetmə sistemləri üzrə bilik; Yanğından mühafizə sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası üzrə anlayış; Test və commissioning proseslərinin aparılması üzrə praktiki təcrübə; Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı; Azərbaycan Respublikasında tətbiq olunan müvafiq texniki norma və təhlükəsizlik tələbləri barədə bilik; MS Office proqramlarında işləmə bacarığı; Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı; Sürücülük vəsiqəsinin olması arzuolunandır. Üstünlük veriləcək Adresli və konvensional yanğın siqnalizasiya sistemləri üzrə praktiki təcrübə; BMS və digər zəif axın sistemləri ilə inteqrasiya təcrübəsi; Layihələndirmə və commissioning sahəsində təcrübə; Müvafiq beynəlxalq standartlar (NFPA, EN 54 və s.) üzrə bilik; Tikinti və mühəndislik layihələrində sahə təcrübəsi. Şəxsi keyfiyyətlər Yüksək məsuliyyət və intizam; Texniki düşüncə və analitik yanaşma; Detallara diqqət; Komanda idarəetmə və koordinasiya bacarığı; Sifarişçi və podratçılarla peşəkar kommunikasiya; Sərbəst qərarvermə və problem həll etmə bacarığı; İşlərin vaxtında və keyfiyyətli icrasına yönümlülük. İş şəraiti İş qrafiki: Tam iş günü İş yeri: Bakı Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq, 2000 AZN-dən başlayaraq Əmək müqaviləsi: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.