Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Yanğından mühafizə sistemlərinin mexaniki hissəsinin layihələndirilməsi və texniki nəzarəti;
Sprinkler, drençer, hidrant və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına nəzarət;
Boru diametrləri və hidravlik hesablamaların aparılması;
Yanğın nasosları, klapanlar və digər mexaniki avadanlıqların texniki uyğunluğunun yoxlanılması;
Layihə çertyojlarının və izometrik sxemlərin oxunması;
Montaj və commissioning işlərinin koordinasiyası;
Hidravlik və təzyiq sınaqlarının təşkili;
Görülmüş işlərin layihə və texniki standartlara uyğunluğuna nəzarət;
Texniki hesabat və icra sənədlərinin hazırlanması.
Namizədə tələblər:
Mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Yanğınsöndürmə sistemləri üzrə praktiki bilik;
AutoCAD proqramında işləmə bacarığı;
Mexaniki çertyoj və izometrik sxemləri oxuma bacarığı;
Hidravlik hesablamalar üzrə bilik;
NFPA və EN standartları üzrə bilik üstünlükdür;
Analitik düşüncə və texniki problemləri həll etmək bacarığı;
Komandada işləmək və sahə işlərini koordinasiya etmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq, 2000 AZN-dən başlayaraq
Rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
