Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Trade Group Company

Avtomobil Logistikası üzrə Təcrübə Proqramı (Ödənişli)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Trade Group Company-nin təşkilatçılığı ilə avtomobil logistikası sahəsində peşəkar karyera qurmaq istəyən dinamik gənclər üçün ödənişli təcrübə proqramına start verilir! Proqram 2 ay davam edəcək və bu müddət ərzində iştirakçılara həm nəzəri təlimlər keçiriləcək, həm də real iş mühitində praktiki tapşırıqlar həvalə olunacaq. Proqram Ərzində Öyrənəcəyiniz Və İcra Edəcəyiniz Vəzifə Öhdəlikləri: Logistika bazarının analizi və potensial korporativ müştəri bazasının formalaşdırılması; Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması); Korporativ müştərilərlə görüşlərin keçirilməsi və logistika xidmətlərinin təqdimatının aparılması; Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət mexanizmlərinin mənimsənilməsi; İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsiplərinin öyrənilməsi; Məlumatların sistemə düzgün daxil edilməsi, daxil olan müraciətlərin qeydə alınması və cavablandırılması. Namizədə Dair Tələblər: Təhsil: Bakalavr və ya Magistratura məzunu (hazırda tələbə olan şəxslər müraciət edə bilməz); İxtisas üstünlüyü: Logistika üzrə təhsil almış və karyerasını bu sahədə qurmaq istəyən namizədlərə üstünlük veriləcək; Yaş həddi: 21–30 yaş; Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışıq və yazışma bacarığı (mütləqdir), Rus dili biliyi (arzuolunandır); Kompüter bilikləri: MS Office (Excel, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı; Güclü ünsiyyət, təqdimat və ilkin əlaqə qurma bacarıqları; Məsuliyyətli, diqqətli, öyrənməyə və inkişaf etməyə yüksək həvəsi olan; Verilən tapşırıqları zamanında və dəqiqliklə icra etmək qabiliyyəti. İş Şəraiti Və Təkliflərimiz: Müddət: 2 ay (Təlim və praktiki dərslər); Aylıq Təqaüd: 200 AZN; İş qrafiki: Həftənin 1–5-ci günləri, saat 09:00 – 18:00; Ünvan: Bakı şəhəri, Nərimanov rayonu; Rahat və modern ofis mühiti; Logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar təcrübə qazanmaq imkanı; Sertifikat: Təlimi bitirən bütün iştirakçılara Trade Group Company tərəfindən rəsmi sertifikat veriləcək; Karyera imkanı: Təlimi bitirənlərdən ən yaxşı nəticə göstərən şəxs şirkətdə işlə təmin ediləcək. Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Avtomobil Logistikası – Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində elektron ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.