Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Superfon

Mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Namizədə dair tələblər: Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat); Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi; Vergi və əmək qanunvericiliyi üzrə biliklər; MS Excel proqramını yaxşı səviyyədə bilmək; Mühasibat proqramları ilə iş bacarığı (LOGO proqramı ilə iş təcrübəsi üstünlük hesab olunur); E-taxes (vergi portalı),e-custom və internet-bankçılıqla başlanğıc səviyyəsində iş bacarığı; Diqqətlilik, məsuliyyət, analitik düşüncə və ünsiyyət bacarığı. Vəzifələr: Bank hesablarına mədaxil və məxaric olunan bütün əməliyyatları bank çıxarışları əsasında vaxtında mühasibat proqramında (LOGO) qeydiyyata almaq; Proqramdakı bank qalıqlarını bank çıxarışı ilə müntəzəm olaraq tutuşdurmaq və fərqləri aşkar edib aradan qaldırmaq. POS terminallar vasitəsilə daxil olan məbləğləri sistemdə işləmək; Terminal hesabatlarını, bank daxilolmalarını və kassa (satış) məlumatlarını tutuşdurmaq; Bank komissiyalarını düzgün uçota almaq; Pərakəndə satış məbləğlərinin tam və düzgün əks olunmasına nəzarət etmək. ƏDV depozit hesabına mədaxil və məxaric olunan əməliyyatları mühasibat proqramında (LOGO və ya digər) qeydiyyata almaq; ƏDV depozit hesabının qalığını e-qaimələr və vergi orqanının məlumatları ilə tutuşdurmaq. Gömrük avans hesabı üzrə köçürmələri və gömrük rüsumlarının silinməsini sistemdə işləmək; Gömrük bəyannamələri əsasında hesablanmış ödənişləri uçota almaq; Hesabın qalığına nəzarət etmək və qalıq azaldıqda rəhbərliyə vaxtında məlumat vermək. Aylıq əmək haqqı cədvəlini hazırlamaq və təsdiqdən sonra ödəniş üçün ödənilməsi üçün göndərmək; İşçilərə verilən avans ödənişlərini qeydiyyatını aparmaq; Hesablanmış əmək haqqını və ondan tutulmaları (gəlir vergisi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta) xərc kimi tanımaq; Ay sonunda əmək haqqı hesablamalarının yoxlanılması və hesabatı təqdim etmək; Çalışanların qalıq və nəticələrinə (qalıq, borc, avans) nəzarət etmək. Müştərilərdən daxil olan ödənişləri daxil etmək və düzgünlüyünü yoxlamaq; Müştərilərlə hesablaşmaların üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək Vaxtı keçmiş borclar barədə Maliyyə Menecerinə məlumat vermək. Şirkət tərəfindən: Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi; İş şəraiti İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.