Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
1C: Kompleks Avtomatlaşdırma (1C: KA) proqramında sənədlərin daxil edilməsi, işlənməsi və düzgün aparılmasını təmin etmək;
İlkin mühasibat sənədlərinin 1C sisteminə vaxtında və düzgün daxil edilməsi;
Mal və xidmətlərin mədaxil və satış sənədlərinin rəsmiləşdirilməsi;
Müştəri və təchizatçı sifarişlərinin sistemdə işlənməsi;
Nomenklatura, kontragentlər və müqavilələr üzrə məlumatların sistemdə aparılması;
Malların qalıqlarının və dövriyyəsinin sistem üzrə yoxlanılması;
Sənədlərdə aşkar edilmiş uyğunsuzluq və səhvlərin müəyyən edilməsi və düzəldilməsi;
Anbar, mühasibatlıq, satış şöbəsi və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
Sistemə daxil edilən məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq;
Zəruri məlumat və hesabatların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər
Ali təhsil;
1C proqramı üzrə minimum 6 ay iş təcrübəsi;
1C: Kompleks Avtomatlaşdırma (1C: KA) proqramında işləmək bacarığı;
İlkin mühasibat sənədləri ilə işləmə bacarığı;
Mal və xidmətlərin mədaxil və satış sənədlərinin rəsmiləşdirilməsi üzrə bilik;
Nomenklatura, kontragentlər və müqavilələrlə işləmək bacarığı;
MS Excel proqramından istifadə bacarığı;
Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
Məlumatlarla operativ işləmək və struktur bölmələrlə effektiv ünsiyyət qurmaq bacarığı.
Uyğun namizədlər cv-lərini göndərə bilərlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
