Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İstisu mineral su zavodu MMC

Su təmizləmə sistemləri üzrə Operator

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İstehsalat müəssisəsi üçün “Su təmizləmə sistemləri üzrə Operator” vakansiyası İş yeri: Kəlbəcər rayonu Vəzifə öhdəlikləri: Su təmizləmə sistemlərinin gündəlik işinə nəzarət etmək; Su təmizləmə avadanlıqlarının iş rejimini izləmək; Su təmizləmə prosesinin müəyyən edilmiş texnoloji tələblərə uyğun aparılmasını təmin etmək; Avadanlıqların təzyiq, temperatur, sərfiyyat və digər iş göstəricilərini nəzarətdə saxlamaq; Su sistemlərinin regenerasiya, yuma və digər texnoloji proseslərini həyata keçirmək; CIP (Cleaning in Place) proseslərini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək; Avadanlıqların işə salınması, dayandırılması və proseslər arasında keçidlərini düzgün icra etmək; Su təmizləmə sistemlərində yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxslərə məlumat vermək; Nasosların, klapanların, boru xətlərinin və digər avadanlıqların vəziyyətinə nəzarət etmək; İş zamanı tələb olunan göstəriciləri və proses məlumatlarını qeydiyyata almaq; Avadanlıqların təmizliyi və iş sahəsinin sanitariya qaydalarına uyğun saxlanılmasını təmin etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili qaydalara riayət etmək; Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Orta ixtisas və ya ali texniki təhsil arzuolunandır; Rus dili biliyi üstünlükdür; Su təmizləmə sistemləri, istehsalat avadanlıqları və ya texniki sahədə iş təcrübəsi üstünlükdür; Su təmizləmə prosesləri haqqında ümumi anlayış; Texniki avadanlıqlarla işləmək bacarığı; CIP prosesləri barədə məlumatlı olmaq üstünlükdür; Diqqətli, məsuliyyətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Növbəli iş rejimində işləməyə hazır olmaq. Şirkət tərəfindən təmin olunur: Kəlbəcərdə yaşayış yeri Gün ərzində 3 dəfə qidalanma Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti Peşəkar və inkişaf yönümlü iş mühiti Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Su təmizləmə sistemləri üzrə Operator” başlığı ilə göndərə bilər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.