Vakansiya haqqında
Yerinə yetirəcəyi işlər
Çayın qəbulundan başlayaraq emal, qarışdırma, çeşidləmə, qablaşdırma və hazır məhsulun buraxılışına qədər istehsal prosesini təşkil etmək.
İstehsal planının hazırlanmasını və yerinə yetirilməsini təmin etmək.
İstehsalat işçilərinin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və növbələri təşkil etmək.
İstehsal avadanlıqlarının düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək.
Xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət etmək.
İstehsal zamanı texnoloji proseslərə və müəssisənin müəyyən etdiyi standartlara riayət olunmasını təmin etmək.
Xammal, qablaşdırma materialları və digər resursların səmərəli istifadəsinə nəzarət etmək.
İstehsalatda yaranan nasazlıq, itki, gecikmə və digər problemlərin aradan qaldırılmasını təşkil etmək.
İstehsal göstəricilərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək.
Məhsul itkisini azaltmaq, məhsuldarlığı artırmaq və istehsal xərclərini optimallaşdırmaq üçün tədbirlər görmək.
Yeni məhsulların və ya yeni texnoloji proseslərin tətbiqində iştirak etmək.
Tələblər
Biliklər
Çay istehsalı və emalı texnologiyası
Qida təhlükəsizliyi və HACCP prinsipləri
Keyfiyyətə nəzarət və qida standartları
İstehsal proseslərinin planlaşdırılması və idarə edilməsi
İstehsal avadanlıqları və texniki təhlükəsizlik
Yumşaq bacarıqlar
Planlama;
Komanda idarəetməsi;
Təşkilatçılıq;
İntizam və nəzarətçilik;
İnkişaf yönümlülük;
Təhsil - Qida mühəndisliyi, Qida texnologiyaları sahələri üzrə ali təhsil
İş stajı - Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi.
Dil bilikləri - Azərbaycan dili (əla), ingilis və rus dilləri əlavə üstünlükdür
Komyuter bilikləri - Microsoft Office (yaxşı),
İş şəraiti
İş rejimi: 5 günlük, 08:00-17:00
İş yeri: Astara rayonu, Çayoba kəndi
Əlavə imtiyazalar
Korporativ nömrə
Nahar Yeməyi
Tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər (“İstehsalat sahəsinin rəisi” başlığı ilə göndərməyiniz xahiş olunur)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
