Vakansiya haqqında
Yerinə yetirəcəyi işlər
Müəssisənin Satınalma proseduruna riayət etməli və dövri satinalma planlarının hazırlanmasını təşkil etməli;
Müəssisənin təchizatçılar və müqavilələr bazasını daim nəzarətdə saxlamalı;
Satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ofisə, istehsalat sahələrinə çatdırılması, ödənişlərin icrasının izlənməsi;
Bazar qiymətlərinin müqayisəli təhlilinin aparılması;
Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılmasını təmin etməli;
Sərfəli şərtləri təmin etmək üçün təchizatçılar və satıcılarla danışıqlar aparmalı, qiymət və spesifikasiyalar üzrə təklifləri müqayisə etməli;
Təchizatçılar və təchizatçılarla mövcud müqavilələrin nəzərdən keçirilməli;
Müqavilə imzalanması üçün müvafiq sənədlərin hazırlanmasına nəzarət etməli və müvafiq şöbəyə təqdim etməli;
Büdcə məhdudiyyətlərinə uyğun gələn davamlı material axını ilə yanaşı müəyyən sertifikatlara, akkreditasiyaya və sığortaya malik təchizatçıların tapmalı;
Etibarlı satıcı və təchizatçılar bazasının yaradılmasında iştirak etməli;
Onlayn satınalma sorğuları üçün məhsulların tədqiqi, yerləşdirilməsi və satın alınmasında iştirak etməli;
Malların və xidmətlərin satın alınması üçün müqavilələrin və əlavə müqavilələrin hazırlanmasını və icrasınında iştirak etməli;
Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması, xarici bazarlardan məhsulların tapılması;
Tələblər
Biliklər
Təchizatçıların seçilməsi və qiymətləndirilməsi
Təchizat zəncirindən istifadə təcrübəsi, müqavilələrin hazırlanması və nəzərdən keçirilməsi, faktura və danışıqlar şərtləri haqqında dərin biliklər.
Tender, RFQ/RFP və kommersiya təkliflərinin analizi
Qiymət və xərc analizi, danışıqların aparılması (Cost Analysis & Negotiation)
PO / PR / MR prosesləri və ERP sistemləri ilə işləmə (SAP/1C)
Yumşaq bacarıqlar
Effektiv Kommunikasiya
Danışıqlar aparmaq bacarığı
Vaxtın idarə edilməsi
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Stressə Davamlılıq və Çeviklik
Təhsil - Ali iqtisadi təhsil
İş stajı - Satınalma, təchizat sahəsində ən azı 3 il iş təcrübəsi
Dil bilikləri - Azərbaycan dili (əla), rus dillərini yaxşı səviyyədə, ingilis dili arzu olunandır
Komyuter bilikləri - Microsoft Office (yaxşı), 1C
İş şəraiti
İş rejimi: 5 günlük, 09:00-18:00
Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli
Əlavə imtiyazalar
Korporativ nömrə
Nahar Yeməyi
Satış Marşrutuna görə Yanacaq Limiti
Təlim Dəstəyi
Tibbi sığorta
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (“Satınalma mütəxəssisi” başlığı ilə göndərməyiniz xahiş olunur)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
