Vakansiya haqqında
Tələblər:
Gömrük rəsmiləşdirilməsi və bəyannamələrin hazırlanması sahəsində iş təcrübəsi;
Gömrük qanunvericiliyi və rəsmiləşdirmə prosedurları barədə məlumatlılıq;
Bəyannamələrin hazırlanması və təqdim edilməsi üzrə praktiki biliklər;
MS Office proqramlarında işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və operativ işləmək bacarığı;
Sənədlərlə işləmə və analitik düşünmə qabiliyyəti.
Vəzifə Öhdəlikləri:
Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemə daxil edilməsi;
İdxal və ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
Gömrük sənədlərinin düzgünlüyünün yoxlanılması və tələb olunan sənədlərin hazırlanması;
Gömrük orqanları ilə yazışmaların və zəruri prosedurların həyata keçirilməsi;
Gömrük qanunvericiliyinə və mövcud prosedurlara uyğun olaraq sənədləşmənin aparılması;
İş prosesində yaranan məsələlərin araşdırılması və həllinin təmin olunması.
İş şəraiti:
Əmək haqqı: 1035-1120 AZN
Əmək haqqının məbləği namizədin iş təcrübəsi və peşəkar biliklərinə əsasən müəyyən edilir;
Peşəkar inkişaf və karyera imkanları;
Stabil və peşəkar iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük bəyannaməçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
