Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İdxal və ixrac yüklərinin gömrük rəsmiləşdirilməsi prosesini həyata keçirmək və izləmək;
Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri toplamaq, yoxlamaq və təqdim etmək;
Yüklərin gömrükdən çıxarılması və müştəriyə təhvil verilməsini təmin etmək;
Gömrük orqanları və aidiyyəti qurumlarla sənədləşmə və zəruri işləri həyata keçirmək;
Müştərilərlə yükün rəsmiləşdirilməsi və təhvil verilməsi ilə bağlı əlaqə saxlamaq;
Gömrük rəsmiləşdirilməsi zamanı yaranan məsələlərin operativ həllində iştirak etmək;
Rəsmiləşdirilmiş yüklərlə bağlı sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək.
Namizədə tələblər:
Broker və ya gömrük sahəsində iş təcrübəsi arzuolunandır;
Gömrük rəsmiləşdirilməsi və sənədləşmə prosesləri haqqında anlayış;
Sənədlərlə işləmək bacarığı və diqqətlilik;
Məsuliyyətli, operativ və işgüzar olmaq;
Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı Baş Gömrük İdarəsi
İş qrafiki: 5 günlük
İş saatı: 09:00–18:00
Əmək haqqı: 600 AZN + bonus
Tələblərə uyğun namizədlər CV-lərini “Broker” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
