Vakansiya haqqında
Şirkətə Heyvandarlıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir:
Namizədə tələblər:
Baytarlıq, zootexnika üzrə ali təhsil;
Heyvandarlıq sahəsində minimum 2 il iş təcrübəsi;
Analitik düşünmə və koordinasiya bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Operativ qərarvermə və komandada işləmək bacarığı;
Ezamiyyətlərə hazır olmaq;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
Heyvandarlıq sahəsi üzrə daxil olan müraciətlərin koordinasiyasını həyata keçirmək;
Müstəqil ekspertlərin fəaliyyətinin təşkil və nəzarət olunması;
Risk ekspertizası və hadisə araşdırmaları üzrə proseslərin izlənilməsi;
Fermerlər, ekspertlər və aidiyyəti şöbələrlə operativ kommunikasiya qurmaq;
Hesabatların hazırlanması və məlumat bazasının idarə olunması;
Səfərlərin və ekspert təyinatlarının koordinasiyası;
Proseslər üzrə normativ sənədlərin tətbiqinə nəzarət etmək.
İş şəraiti:
Stabil iş;
Əmək haqqı razılaşma yolu ilə;
İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək;
İşə qəbul ediləcək şəxs tibbi sığorta ilə təmin edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
