Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Foodcity Agropark

Debitor borclar üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tələblər: Maliyyə, mühasibat uçotu, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil; Debitor borcların idarə edilməsi və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi; MS Office proqramlarından istifadə bacarığı; Azərbaycan dilində sərbəst; Analitik düşünmə, diqqətlilik və rəqəmlərlə işləmə bacarığı; Müştərilərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı; Hüquq üzrə biliklər üstünlükdür. Vəzifə öhdəlikləri: Müəyyən edilmiş aylıq debitor borc yığım planlarının icrasını təmin etmək; Borclularla telefon, rəsmi yazışma və görüşlər vasitəsilə əlaqə saxlayaraq ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək; Müştərilər üzrə debitor borcların gündəlik uçotunu aparmaq və məlumatların düzgünlüyünü təmin etmək; Müştərilərin ödəniş qrafiklərinə nəzarət etmək və gecikmiş ödənişlər üzrə müvafiq tədbirlər görmək; Debitor borcların yaşlandırma analizini aparmaq, riskli və problemli borcları müəyyənləşdirmək; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra vəziyyətinə nəzarət etmək, icra prosesi üzrə aidiyyəti qurumlarla koordinasiyanı təmin etmək və zəruri tədbirlər görmək; Debitor borclularla qarşılıqlı hesablaşmaların aparılmasında və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək; Debitor borclar üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Problemli borcların hüquqi müstəviyə qədər olan mərhələsini idarə etmək, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması; Debitor borcların azaldılması və ödəniş intizamının gücləndirilməsi ilə bağlı təkliflər vermək. İş şərtləri və əlavə üstünlüklər: İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi); İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00; Əmək haqqı: Sabit + hədəf əsaslı bonus; Ezamiyyətlərə açıq iş rejimi; Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır); Könüllü tibbi sığorta (3 ay sonra); “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması. Vakansiya ilə bağlı “Debitor borclar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.