Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Core Construction

Xərclərə Nəzarət üzrə Mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Core Construction komandamıza tikinti layihələri üzrə xərclərin, büdcələrin və hesabatların effektiv idarə olunmasını təmin edəcək Xərclərə Nəzarət üzrə Mütəxəssis (Cost Control Specialist) axtarırıq. Əsas vəzifələr: Tikinti layihələri üzrə xərclərin planlaşdırılması və nəzarətdə saxlanılması; Layihə büdcələrinin hazırlanması və icrasının izlənilməsi; Faktiki xərclərin büdcə və plan göstəriciləri ilə müqayisə edilməsi; Excel proqramında xərclər üzrə cədvəllərin, hesabatların və analitik faylların hazırlanması və yenilənməsi; Xərclər üzrə aylıq və dövri hesabatların hazırlanması; Material, əmək, avadanlıq və digər layihə xərclərinin təhlili; Xərclər üzrə kənarlaşmaların müəyyən edilməsi və səbəblərinin araşdırılması; Müqavilə və satınalma məlumatlarının xərclərlə uyğunluğunun yoxlanılması; Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət; Xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Word və Excel proqramlarında sənədlərin, cədvəllərin və hesabatların peşəkar şəkildə hazırlanması. Namizədə tələblər: Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq, mühəndislik və ya əlaqəli sahə); Tikinti sektorunda Cost Control / Project Control sahəsində iş təcrübəsi üstünlükdür; MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı – əsas tələbdir; Excel-də formulalar, funksiyalar, cədvəllər, məlumatların çeşidlənməsi və təhlili üzrə praktiki biliklər; MS Word proqramında peşəkar səviyyədə işləmə bacarığı; Hesabat və cədvəllərlə işləmə bacarığı; Maliyyə və büdcə göstəricilərinin təhlili üzrə biliklər; Analitik düşünmə və detallara diqqət; Məsuliyyətli və sistemli iş prinsipi; Komandada işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.