Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Satınalmalar, təchizat və müqavilələrin idarəedilməsi şöbəsinin müdiri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Agentliklə satınalmaların təşkilində Qanunvericiliyə uyğunluq, səmərəlilik və şəffaflıq prinsiplərinin təmin edilməsi; Satınalma planlarını strateji məqsədlərə uyğun formalaşdırılması və icrasının təmin edilməsi; Mal, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasının təşkil edilməsi; Satınalma müqavilələrinin hazırlanmasını habelə imzalanmasını təmin etmək və icrasının izlənilməsində iştirak etmək; Satınalma və təchizat üzrə həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Dövlət orqanları və nəzarət qurumlarına, daxili və kənar auditlərə qanuni hesabatların təqdim edilməsi; Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi; Şöbənin əməkdaşlarının peşəkar inkişafının təmin edilməsi və təlimlərin təşkil edilməsi; Müvafiq maliyyə-iqtisadi təhlillərin aparılmasının və əsaslandırılmış təkliflərin təqdim edilməsinin təmin edilməsi; Satınalma komissiyasında işlərin əlaqələndirilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi. Tələblər Ali təhsil; Ümumi müvafiq sahə üzrə 5 il iş staj, rəhbər fəaliyyəti üzrə minimum 2 il iş staj; Azərbaycan dili səlis, ingilis və rus dili bacarığı; Satınalma və müqavilə idarəçiliyi üzrə təcrübə; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu üzrə nəzəri və praktiki biliklər; CİPS, PMP və s. sertifikatların olması üstünlükdür; Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı; MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı; Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.