Vakansiya haqqında
Komandamıza qrafik dizayn və motion design sahəsində təcrübəli, kreativ düşüncəyə və güclü vizual zövqə sahib Motion Graphic Designer axtarırıq.
İş öhdəlikləri
Sosial media üçün qrafik postların və vizual materialların hazırlanması
Reklam və sosial media kampaniyaları üçün kreativ vizual kontentin hazırlanması
2D və 3D animasiyaların hazırlanması;
Reklam çarxları, sosial media videoları və digər video kontentlərin hazırlanması
Layihələr üçün kreativ vizual həllərin hazırlanması
Brend üslubuna uyğun vizual kontentin hazırlanması
Tələblər
Qrafik dizayn və Motion Design sahəsində peşəkar bilik;
Minimum 3 il iş təcrübəsi
Media və ya reklam sahəsində iş təcrübəsi
2D, 3D qrafika və animasiya ilə işləmə bacarığı
After Effects, Blender, Cinema 4D və digər müvafiq proqram (Adobe Creative Suite) təminatları ilə peşəkar səviyyədə işləmək bacarığı
Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı bilik
Reklam, sosial media və digər media platformaları üçün vizual və video kontent hazırlamaq təcrübəsi
Hazır qrafik materialları motion formatına uyğunlaşdırmaq bacarığı
Brief əsasında işləmək və layihəni son nəticəyə qədər çatdırmaq bacarığı
Komanda ilə işləmək və verilən düzəlişlərə operativ şəkildə reaksiya vermək
İş şəraiti
İş rejimi Həftədə 5 iş günü
İş saatları: 09:00–18:00
Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən edilir.
Maraqlanan namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
