Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr,164
Öhdəliklər:
Cəmiyyətin inzibati binasının, əməkdaşlarının və əmlakının təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi;
İşçilərin, qonaqların və kənar şəxslərin bina daxilində hərəkəti və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət;
Obyektə gətirilən/çıxarılan məhsul, material və əmlaka dair sənədlərin yoxlanılması;
Rəhbərliyin müəyyən etdiyi iş rejiminə əməl olunmasına nəzarət və ərazidə müntəzəm baxışların keçirilməsi;
Zəruri təsərrüfat mal-materiallarının sifarişi və təhvil-təslimi prosesində iştirak;
Daxil olan şəxslərlə ilkin ünsiyyət qurulması, yardımçı olunması və zəruri hallarda yönləndirilməsi.
Tələblər:
Orta və ya ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Fikrini aydın izah etmək qabiliyyəti;
Təhlükəsizlik qaydalarını bilmək;
İstifadəçi səviyyəsində kompüter biliklərinə malik olmaq.
Fərdi keyfiyyət tələbləri:
Məsuliyyətlilik, diqqətlilik, təşkilatçılıq bacarığı, ünsiyyətcillik, stress altında işləmək bacarığı, komanda ilə işləmək bacarığı, təşəbbüskarlıq, çeviklik və operativlik, etibarlılıq və şirkətə sədaqətlilik.
Tələblərə uyğun namizədlər CV-lərini azərbaycan dilində və mövzu hissəsində vakansiyanın adını “Ofis nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
