Vakansiya haqqında
JS Group komandasına Photo & Video Editor / Reels Maker axtarırıq!
Dinamik və yaradıcı komandamızda görmək istədiyimiz, vizual məzmun istehsalında təcrübəli yeni komanda yoldaşı axtarışındayıq.
Əsas Vəzifələr:
Instagram Reels videolarının CapCut və Adobe Premiere Pro vasitəsilə yaradılması və montajı.
Turlarımızdan (çəkilişlərdən) əldə olunan müştəri şəkillərinin Adobe Lightroom və Photoshop proqramlarında peşəkar şəkildə işlənməsi və redaktəsi.
Verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə təhvil verilməsi.
Namizədə Tələblər:
Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
CapCut, Adobe Premiere Pro, Lightroom və Photoshop proqramlarını yüksək səviyyədə bilmək.
Detallara diqqət, vaxtın idarə olunması və komanda ilə işləmə bacarığı.
İş Şərtləri:
İş qrafiki: Həftədə 5 gün | 10:00 – 18:00
Ofis ünvanı: Arena Plaza, Koroğlu
Əmək haqqı: 600 AZN
Vakansiya ilə maraqlanan namizədlər portfoliolarını və CV-lərini bizə göndərə bilərlər!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
