Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İdeal Kredit BOKT

İnsan resursları şöbəsinin rəhbəri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi; İR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi; Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət; İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi; İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması; Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması; İllik və aylıq İR büdcəsinin hazırlanması, icrasına və xərclərə nəzarət edilməsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət; Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi; Əməkhaqqı, bonus, mükafatlandırma və digər motivasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üçün KPI və OKR sistemlərinin qurulması, tətbiqi və nəticələrinin təhlil edilməsi; Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması; Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili; İstedadların idarə olunması, karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması; Korporativ mədəniyyətin inkişaf etdirilməsi, əməkdaş bağlılığı və motivasiya proqramlarının həyata keçirilməsi; Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması; Daxili kommunikasiya və işəgötürən brendinin inkişaf etdirilməsi üzrə tədbirlərin təşkilində iştirak; Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi; Əmək münasibətləri üzrə mübahisələrin, şikayətlərin və münaqişələrin araşdırılması və qanunvericiliyə uyğun həllinin təmin edilməsi; İR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi; İR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi; İR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. Tələblər İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil; İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2 ili rəhbər və ya komanda lideri vəzifəsində; Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı; Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər; İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə; İR analitikası və hesabatların hazırlanması bacarığı; Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları; Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti; Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası; Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi; HR üzrə beynəlxalq və ya yerli sertifikatların mövcudluğu. Vakansiya növü - Tam ştat İmtiyazlar Bonus sistemi; Yığım sığortasına qoşulma imkanı Korporativ Mühit Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.