Vakansiya haqqında
Təsvir
İşçilər üçün gündəlik menyuya uyğun müxtəlif yeməklərin hazırlanmasını təmin etmək;
Ərzaq məhsullarının düzgün seçilməsi, hazırlanması, istifadəsi və saxlanılmasını təmin etmək;
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına riayət etmək;
Mətbəxin, iş yerinin və avadanlıqların təmiz və səliqəli saxlanılmasını təmin etmək;
Ərzaq və məhsullardan səmərəli istifadə etmək;
Rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələblər
Aşpaz vəzifəsində minimum 2 il iş təcrübəsi;
Gündəlik menyuya uyğun müxtəlif yeməklərin hazırlanması üzrə praktiki bacarıq;
Milli və digər mətbəxlərin yeməklərinin hazırlanması üzrə bilik;
Ərzaq məhsullarının seçilməsi, hazırlanması və saxlanılması qaydaları haqqında bilik;
Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə bacarığı;
Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında bilik;
İşə məsuliyyətli və intizamlı yanaşma;
Diqqətli və səliqəli olmaq;
Komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
