Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Agro Dairy

Aqronom - Qarabağ təsərrüfatı

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək; Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək; Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək; Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək; Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək; Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək. Tələblər Aqronomluq, aqrar mühəndislik və ya əlaqəli ixtisas üzrə ali təhsil Kənd təsərrüfatı sahəsində 2+ il iş təcrübəsi arzuolunandır Bitkilərin becərilməsi, inkişaf mərhələləri və məhsuldarlığın artırılması üzrə biliklər Torpağın analizi, gübrələmə və bitki qidalanması üzrə praktiki bilik Bitki xəstəlikləri və zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə üsullarını bilməsi Pestisid, herbisid, fungisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqi barədə məlumat Suvarma və əkin sahələrinin idarə olunması üzrə təcrübə Əkin, səpin, gübrələmə və məhsul yığım proseslərinə nəzarət edə bilmək Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa uyğun olmaq MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı Hesabat hazırlamaq və sahə məlumatlarını düzgün qeydiyyata almaq bacarığı Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə Komandada işləmək və sahə işçiləri ilə düzgün kommunikasiya qurmaq bacarığı Azərbaycan dili biliyi; rus və ya ingilis dili bilməsi üstünlükdür Sürücülük vəsiqəsinin olması üstünlükdür Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.