Vakansiya haqqında
Təsvir
Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün
Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər
Ali təhsil;
Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi
Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
tibbi sığorta paket
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri
Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
